Dovşan nədir? Dovşan sözünün mənası:
Gəmiricilər dəstəsindənqabaq ayaqları dal ayaqlarından qısa, uzunvə dik qulaqlı, dodağı yarıq kiçik heyvan.Dovşanlar otla və bitki ilə keçinir. Dovşanəti dadsız olur. – Dovşanın gümanı ayaqlarınagələr. (Ata. sözü)
məc. Qorxaq, cəsarətsiz adam haqqında.◊ Dovşan bığı – xeyrə-şərə yaramayanadam haqqında. Dovşan qulağı – dik duranşey haqqında. Toybəyi bığlarını dovşan qulağınadöndərmişdi. Mir Cəlal. Dovşanürəkli – ürəksiz, cürətsiz, qorxaq. Dovşanyuxusu – qısa, lakin bərk yuxu, dərin yuxu.Dovşana qaç, tazıya tut demək – ikiüzlülüketmək. Dovşanı araba ilə tutmaq – birşeyi üsulluca, tələsmədən, səbirlə, ustalıqlaəldə etməyə çalışmaq.
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Yorumlar
Yorum Gönder